200 sürücünün işsizliyinin günahkarı Xaliq Faiqoğlu MMC-dirbackend

200 sürücünün işsizliyinin günahkarı Xaliq Faiqoğlu MMC-dir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

\”Qərar qəbul olunan zaman bəzi xətlərin təkrarlanması, sərnişinlərin tələbatı və onların məmnunluğu kimi amillər nəzərdən keçirilib. Konkret olaraq \”Xaliq Faiqoğlu\” MMC ilə bağlı bizim əlimizdə digər daşıyıcıların, habelə sərnişinlərin konkret şikayətləri var. Şikayətlərdə şirkətə məxsus avtobusların sürücülərinin kobud qayda pozuntuları, avtobusların müasir standartlara cavab verməməsi qeyd edilib. Hər şey heç də qarşı tərəfin iddia etdiyi kimi deyil. Adıçəkilən şirkətin nümayəndəsi bildirir ki, avtobusları standartlara cavab verir. Bakı Nəqliyyat Agentliyi adıçəkilən şirkətə 18 saylı marşrut xəttində istismar olunan avtobuslarla bağlı xəbərdarlıq etdikdən sonra onlar həmin gecə ərzində 61 saylı marşrut xəttində istismar olunan avtobuslarla əvəzləndi. Başqa sözlə, şirkət Əlinin papağını Vəlinin başına qoyub. Bakı Nəqliyyat Agentliyi bütün məsələləri hüquq çərçivəsində həll edib\”, – deyə qurum rəsmisi qeyd edib.

N. Allahyarova əlavə edib ki, sürücülərin işsiz qalmaması üçün 16, 18 və 96 saylı marşrut xətlərinin ləğv olunması ilə bağlı qərar verilməzdən öncə adıçəkilən şirkətə iki alternativ xətt təklif olunub, lakin şirkət rəhbərliyi onlardan imtina edib: \”Şirkət rəhbərliyi iki alternativ xəttdən imtina edərkən bildirib ki, onlar üçün 18 və 96 saylı xətlər daha maraqlıdır. Səbəb də rentabelliklə izah olundu. Halbuki, bizim təklif etdiyimiz xətlər də rentabellidir. Sürücülərinin işsiz qalmasından narahat olan şirkət iki alternativ xəttin işlədilməsinə razılıq verə bilərdi\”.

İşsiz qalan sürücülərin aqibətinə gəlincə, qurum rəsmisi bildirib ki, hazırda peşəkar sürücülərə olduqca böyük tələbat var və onlar sərnişindaşıma ilə məşğul olan digər şirkətlətrə müraciət edə bilərlər. (apa)

İnterpress.az