Xəbər verlir ki, evli və iki uşaq atası olan Birsa Özbay uşağının sünnət mərasimindən qalan qızılları satıb, əldə etdiyi pulların üzərinə 10 il ərzində yığdığını əlavə edərək banka qoyub. Cümə axşamı Özbay ona zəng edərək özünü bank işçisi Eda kimi təqdim edən qadına şəxsiyyət vəsiqəsinin nömrəsini və hesabının kodunu verib. Birsanın şəxsi məlumatlarını öyrənən fırıldaqçı qadın onun hesabından 50 min lirəni başqa hesaba köçürüb.
Telefonuna gələn bank bildiriş mesajı vasitəsilə pulunun başqa hesaba keçirildiyini öyrənən 36 yaşlı kişi əvvəlcə banka məsələyə aydınlıq gətirməyə gedib, hesabında 7 min lirə qaldığını öyrənən Özbay polisə müraciət edib.
Yaşanan hadisədən sarsıntı keçirən zərərçəkmiş özünü polis binasının ikinci mərtəbəsindən atmaq istəyib, lakin polislər tərəfindən xilas edilib.
Məsələ ilə bağlı cinayət işi açılıb. (musavat)
İnterpress.az