Yarışın qızğın vaxtında işçilər tətil etdibackend

Yarışın qızğın vaxtında işçilər tətil etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada Avropanın ən böyük idman yarışması davam etdiyi bir vaxtda, \”Air France\” hava yolları şrkətinin işçiləri daha münasib iş şəraiti tələbi ilə tətilə çıxıb. Ekspertlər bu aksiyanın hava ilə sərnişindaşımaya ağır zərbə vuracağını və Fransanın nüfuzuna xələl gətirəcəyini hesab edir.

Məlumata görə, \”Air France\”ın işçi heyətinin dörddə bir hissəsi şənbə günü iş yerlərinə gəlməyib. Tətillə əlaqədar ölkədaxili və xarici hava reyslərinin 20 faizi təxirə salınıb.

Təxirə salınmış reyslər arasında futbol azarkeşlərini matçların keçirildiyi şəhərlərə daşıyan uçuşlar da yer alır. Həmkarlar ittifaqına görə, hava reyslərinin təxirə salınması rəhbərliyin uçuş qrafikini düzgün tənzimləyə bilməməsindən irəli gəlir.

Prezident Fransua Olandın xəbərdarlığına baxmayaraq, pilotların və bələdiyyə işçilərinin maraqlarını təmsil edən həmkarlar ittifaqları tətili çərşənbə axşamına kimi davam etdirməyi planlaşdırır. Xüsusilə bələdiyyə işçilərinin iş yerlərinə gəlməməsi Paris və digər şəhərlərdə küçələrdə böyük zibil qalaqlarının yaranmasına, ətrafın çirklənməsinə səbəb olub. (ans)

İnterpress.az