Prokurorluq orqanlarında işə qəbul olmaq istəyənlərbackend

Prokurorluq orqanlarında işə qəbul olmaq istəyənlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbərə görə, işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 490 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan saat 14:00-da Bakı İdman Sarayında başlanır.

Test imtahanı 3 saat davam edir. Namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq. ixtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaqlar.

İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək. (apa.az)

İnterpress.az