Salyan rayonunda azyaşlını ilan sancıb. Hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb. Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 2012-ci il təvəllüdlü Elgün Nəzər oğlu Atayev gecə evdə yatdığı zaman ilan onu diz nahiyəsindən sancıb.
Uşağın ağlamasına oyanan valideynləri onu dərhal xəstəxanaya çatdırıblar. 4 yaşlı uşağa ilan zəhəri əleyhinə zərdab vurulub və o evə buraxılıb. Ölkə ərazisində qeydə alınan sonuncu ilansancma hadisəsi bir həftə əvvəl Zaqatalada baş verib. Lahıc kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədəli Həsən oğlu Məmmədovu ilan sancıb. Xəsarət alan kişi dərhal xəstəxanaya çatdırılıb və ona ilan zəhəri əleyhinə zərdab vurulub.
M. Məmmədovu yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan onu sol qolunun bilək nahiyəsindən sancıb. (ans)
İnterpress.az