Şotland Polis İdarəsindən verilən açıqlamada, (SPA) \”İş gücündə müxtəliflik strategiyası\” çərçivəsində aparılan təbliğatla qadın polislərin geyiminə hicabın əlavə olunmasının Şotlandiya əhalisinin tərkibindəki müxtəlifliyi əks etdirmək məqsədilə edildiyi qeyd olunub.
Açıqlamada, həmçinin hüquq-mühafizə orqanlarında hicabın istifadəsinə icazə verilməsinin \”kifayət qədər təmsil oluna bilməyən qruplardakı insanların polis peşəsində təmsil olunmağa təşviq edilməsi\” məqsədilə edildiyi vurğulanıb.
Şotland Polisi Ehtiyat Qüvvələri İdarəsinin rəhbəri Piter Bleyr də qeyd olunan planla insanların işə qəbul proseslərinə təsir edən lazımsız baryerlə mübarizəni qarşılarına məqsəd qoyduqlarını söyləyib.
Qeyd edək ki, Şotland əhalisinin 1.4 %-ni, təxminən 77 min nəfərini müsəlmanlar təşkil edir. Böyük Britaniyada isə təxminən 3 milyon müsəlman yaşayır. (deyerler.org)
İnterpress.az