Azərbaycana gələn “Formula-1” pilotu aşiq oldubackend

Azərbaycana gələn “Formula-1” pilotu aşiq oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mart ayının ilk günlərində Fernando Alonso Bakı yarışının rəsmi səfiri seçilmişdi. İspaniyalı sürücü jurnalistlərə bildirib ki, onun bu qərarında müəyyən rolu Renault komandasının keçmiş başçısı Flavio Briatore oynayıb – italiyalı mütəxəssis Bakı ilə çoxdan maraqlanırmış…

Fernando Alonso: \”Hər şey keçən il başladı, Flavio mənə zəng etdi, mənimlə danışdıqdan sonra McLaren-in başçısı ilə danışdı. Yarışın təşkilatçılarına təbliğat üçün sürücülər lazım idi. Mən bütün məlumatları təhlil etdim və başa düşdüm ki, Bakı yarışı maraqlı olmalıdır.

 Azərbaycana gələn "Formula-1" pilotu aşiq oldu

Mart ayında Bakıda oldum və şəhərə aşiq oldum. Mən bu Qran Prini təbliğ etməyə başladım – bunun mənə də xeyri ola bilər. Düzdür, mən çoxdandır yarışlarda qələbə qazanmıram, amma məndə olan təcrübəni insanlara göstərmək yaxşı bir işdir. Məncə, Bakı yarışı möhtəşəm olacaq. Çox güman ki, McLaren üçün yarış elə də uğurlu olmayacaq – tras bizim maşına uyğun gəlmir, amma güclü komandaların trasdan xoşları gələcək”. (musavat)

İnterpress.az