Bu haqda məlumatı bu gün “Frankfurter Allgemeine Zeitung” qəzeti yayıb.
Nəşr vurğulayıb ki, bu qərar polis nümayəndələri və həmçinin deputatların özlərinin iştirakı ilə ötən həftə keçirilən müşavirədən sonra qəbul olunub.
\”Türk kökü olan parlament üzvlərinə edilən təhdidlər qəbuledilməzdir\”, – deyə qəzet AFR-ın daxili işlər naziri Tomas de Mezeranın olaya verdiyi reaksiyadan sitat gətirib.
Xatırladaq ki, Bundestaq bu il 2 iyun tarixində 1915-ci il Osmanlı imperiyasında baş vermiş hadisələrin “ermənilərin soyqırımı\” kimi adlandırıldığı qətnamə qəbul edib. Buna cavab olaraq Türkiyə Almaniya parlamentinin qərarını səhv adlandırıb və Berlindəki səfirini geri çağırıb. (musavat)
İnterpress.az