Rusiyanın aktiv şəkildə dəstək verdiyi Donbasın qiyamçı silahlıları Ukrayna ordusunun mövqelərini artilleriya atəşinə tutublar.
Ukrayna mediası istinadən bildirir ki, Avdeyevka bölgəsində Rusiyanın hibrid ordusunun açtığı artilleriya atəşi sayəsində 4 Ukrayna hərbçisi həlak olub, 13-ü yaralanıb.
Bu barədə mətbuata Kiyev-1 taborunun komandiri Yevgeniy Deydey məlumat verib. Onun sözlərinə görə Ukrayna ordusunun 128-ci briqadasının və Sağ sektorun döyüşçüləri bütün gecə artilleriya atəşinə məruz qalıb.
Ukrayna Anti-terror əməliyyatlar qərargahından verilən məlumata görə hibrid ordusnun silahlıları atəşkəs rejimini 49 dəfə pozub. Ümumilikdə gün ərzində Ukrayna ordusunun mövqelərinə 400 mina zərbəsi endirilib. (musavat)
İnterpress.az