“Qanun” nəşriyyat evinin binasında yoxlama başladıbackend

“Qanun” nəşriyyat evinin binasında yoxlama başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, “Qanun” Nəşriyyat Evinin binası iyunun 11-də axşam saatlarından etibarən polislər tərəfindən nəzarətə götürülüb. Nəşriyyatın binasının ətrafında 3 yerdə polis postu qurulub.

Bu barədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu öz facebook səhifəsində paylaşdığı məlumatda bildirib ki, polis mühafizəçinin telefonunu və giriş qapısının açarını götürüb.
Şahbaz Xuduoğlu qeyd edib ki, polislər binaya bomba qoyulması barədə məlumat daxil olduğunu və buna görə gəldiklərini deyiblər. Lakin axtarış aparmaq üçün hər hansı sənəd təqdim edilmədiyindən onlar binaya buraxılmayıblar.

İyunun 12-də səhər saatlarından etibarən də nəşriyyatın binası nəzarətdə saxlanılıb.

Şahbaz Xuduoğlunun hüquqi nümayəndəsi, vəkil Yalçın İmanovun sözlərinə görə, axtarış aparmaq istəyən hüquq-mühafizə orqanlarının əməkdaşları heç bir hüquqi əsaslar göstərməyiblər: “Biz xahiş etdik ki, Daxili İşlər Nazirliyinin qaynar xəttinə binada bomba olması barədə daxil olan məlumatın mətnini bizə təqdim etsinlər. Lakin təqdim edilmədi. Binada axtarış keçirilməsinin heç bir hüquqi əsası yoxdur”.

İyunun 12-də saat 15 radələrində polis əməkdaşları binaya daxil olublar. Binaya işçilərdən bir neçə nəfər də buraxılıb. Axtarışların nəticəsi barədə hələ ki, heç bir məlumat verilmir. (musavat)

İnterpress.az