Fəlluca uğrunda döyüşlərlə bağlı təzadlı məlumatlar daxil olduğu bir vaxt İraq hökumət qüvvələri və onların şiə silahlı müttəfiqləri Fəllucanın İŞİD-dən azad olunması üçün şiddətli döyüşləri davam etdirir.
İraqın müdafiə naizir Xalid Əl-Obeydo dünən müharibə zonasına səfəri zamanı iddia edib ki, hökumət qüvvələri şəhərin qərbindən yeni cəbhədə irəliləməkdədir.
Onun sözlərinə görə, İraq ordusunun 8-ci Briqadası Fuleyhat və Subeyhat qəsəbələrinə daxil olub və hazırda Biu Alvan körpüsü istiqamətində irəliləyir.
Hazırda döyüşlərin 3 cəbhədə davam etməsinə baxmayaraq hökumətin cənubdan Şuhadah qəsəbəsinə daxil olmaq səyləri ciddi müqavimətlə üzləşib. Ancaq hökumət iddia edir ki, elit əks-terror qüvvələri şəhərin mərkəzindən cəmi 3 kilometr uzaqlıdadır.
Əl-Cəzirə TV-nin məlumatına görə, İŞİD yaraqlıları cənubdan Fəllucaya daxil olmağa çalışan hökumət qüvvələrini dəf edə bilib. TV kanal habelə iddia edib ki, İŞİD-in intihar həyata keçirən hücumları Fəllucanın şimalında partlayış törədərək çoxsaylı itkilərə səbəb olub. Amerikanın Səsi bu məlumatların heç birini müstəqil mənbədən təsdiq edə bilməyib. (musavat)
İnterpress.az