“Polis əməkdaşlarının “Qanun” nəşriyyatında apardığı axtarış başa çatıb. Polislər bomba həyəcanı ilə gəlmişdilər, bu da özünü doğrultmadı, bomba tapılmadı”.
Bunu “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun qardaşı, axtarış zamanı nəşriyyatda olan xalq şairi Sabir Rüstəmxanlı bildirib. S.Rüstəmxanlı deyib ki, polis əməkdaşları nəşriyyatda şübhəli saydıqları bəzi çap məhsullarını, qəlibləri götürüblər. (ölkəm.az)