Lukoil” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun oğlu azadlığdabackend

Lukoil” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun oğlu azadlığda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbəri olduğu \”Lukoil\” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun Moskvada polislə yarışa çıxan oğlu azadlığa buraxılıb.

Məlumata görə, xüsusi istintaq təcridxanasında 15 gün saxlandıqdan sonra Ruslan Şamsuarov azadlığa çıxıb. Lakin o, azadlığa çıxsa belə, hakimiyyət nümayəndələrini təhqir etdiyinə görə cinayət işi ilə üzləşə bilər.

Ruslan Şamsuarov ilə yanaşı \”Mercedes Gelandewagen\”in sürcüsü Abduvahob Məcidov da azadlığa buraxılıb.

Mayın 26-da içərisində Ruslan Şamsuarovun və onun dostlarının olduğu maşın Rusiyanın paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. \”Mercedes Gelandewagen\” polislərlə küçələrdə \”ölüm yarışına\” çıxıb. Polis maşınları onların içində olduğu nömrəsiz bahalı maşını qovub.

İlk həbs olunan isə 22 yaşlı Abduvaxob Məcidov olub. Daha sonra Moskva polisi \”Lukoil\” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun oğlu Ruslan Şamsuarovu və erməni qızı Mara Baqdasaryanı həbs edib. Moskvanın Qaqarin rayon məhkəməsi \”Mercedes Gelandewagen\”i idarə edən Məcidova 15 gün, Maraya isə 10 sutka həbs cəzası verib. (ans)

İnterpress.az

https://youtube.com/watch?v=M0DtMYeurHE