Bakı Apellyasiya Məhkəməsində onun şikayəti üzrə məhkəmənin ilkin baxış iclası iyunun 17-də keçiriləcək. Prosesə hakim Camal Ramazanov sədrlik edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Ağabəyovun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi sübuta yetirilməyib və buna görə onun ittiham olunduğu maddə 234.4.3-cü (narkotik vasitə saxlama, satma, göndərmə) maddəsindən 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) maddəsinə tövsif edilib. Barəsində Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesablanması) maddəsi təyin olunub. Onun cəzası şərti hesablanıb, 2 il 4 ay müddətinə şərti azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb.
N. Ağabəyov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan N. Ağabəyov apellyasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Meydan TV-nin direktoru Emin Millinin qaynı olan N. Ağabəyov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. N. Ağabəyovun atası Mais Ağabəyov Azərbaycanın tanınmış rəssamlarından biridir. (apa.az)
İnterpress.az