Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TBMM-də çıxışı zamanı deyib.
“Avropa Birliyi ilə əlaqələrimizi milli mənafe və dəyərlərimizi qoruyacaq şəkildə davam etdirəcəyik. Türkiyə sıradan bir millət və ölkə deyil. “3 min il gözləyin” deməklə bizim səbrimizi yoxlamasınlar”, – Ərdoğan bildirib.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Kemeron Türkiyənin AB üzvlüyünün 3000-ci ildən sonra müzakirə oluna biləcəyini vurğulamışdı. (axar.az)
İnterpress.az