8:54 / Hadisənin günahkarı həbs edildi
Binanın axtarışları zamanı girovların ələ keçirildiyini təsdiqləyən heç bir sübuta rast gəlinməyib. \”Ria Novosti\”- nin istinadən verdiyi məlumata görə, Albukerk Polis Departamenti bunun telefon zarafatı olduğunu deyib. Binadan həbs edilərək aparılan latın mənşəli şəxsin telefonla zəng vuraraq yalan məlumat verildiyi söylənilib.
Saxlanılan şəxs
Tam əmin olmaq üçün polis binada axtarışlarına davam edir.
8:34 / Bina təxliyyə edilir
Albukerk şəhər polisinin verdiyi məlumata görə, meriya binası tamamilə təxliyə olunur. Halhazırda binadan buraxılanların tək-tək yoxlanıldığı deyilib.
Polis rəsmilərinin dediyinə görə, girovların olmasını sübut edəcək heç bir fakta rast gəlinməyib. Silahlı şəxsin kim olduğu da məlum deyil. Onun binada gizlənməsi ehtimalı təkzib olunmur.
Xüsusi təyinatlılar axtarışı davam etdirir.
7:57 / Bir nəfər həbs edilib
Albukerk polisinin verdiyi məlumata görə, hadisə yerində silahlı şəxsin olması barədə sübuta rast gəlinməyib. Şahidlər bir nəfərin qandallanaraq binadan çıxarılmasını deyib.
Polis bir nəfər şübhəlinin həbs olunduğunu və onun istintaqa cəlb olunduğunu öz \”Twitter\” səhifəsində yazıb. Xüsusi təyinatlıların əməliyyata davam etdiyi də bildirilib.
6:41 / Bir neçə şəxs binadan çıxarılıb
Nyu-Mexiko ştatının ən böyük şəhəri – Albukerkdə silahlı şəxs binada insanları girov götürüb. Polislərin artıq bir neçə sakini xilas etdiyi bildirilib.
Məlumata görə, silahlı şəxsin tək və ya bir neçə nəfər olduğu bilinmir. Girov sayısı da hələlik naməlumdur. Xüsusi təyinatlı polis dəstələri araşdırmalara davam edir.
6:26 / Silahlı şəxs binanı ələ keçirdi
ABŞ-ın Nyu-Mexiko ştatında polislər meriya binasını mühasirəyə alıb. Albukerk şəhərində silahlı şəxsin binada insanları girov götürdüyü bildirilib.
Amerika mətbuatına əsasən verdiyi məlumata görə, 911 xilasetmə xidmətinə silahlı insident barədə məlumat daxil olub. Naməlum şəxs meriya binasını ələ keçirib, bir neçə sakini girov götürdüyü deyilib. Meriya binasından bir neçə dəfə atəş səsləri eşidilib.
Hadisə yerinə polis patrulları və xüsusi təyinatlı dəstələr cəlb olunaraq binanı mühasirəyə alıb. Bütün ətraf küçələrdə hərəkət saxlanılıb. (ans)
İnterpress.az