Əməkçi miqrantlarda qorxulu xəstəlik aşkarlandıbackend

Əməkçi miqrantlarda qorxulu xəstəlik aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən aya qədər olan məlumata görə, onlardan 75 nəfərdə QİÇS aşkarlanıb.

Statistik rəqəmlər ölkədə ailə qurmağa hazırlaşan cütlüklərdə bu dəhşətli xəstəliyin aşkarlandığını bir daha təsdiqləyir. Ailə qurmağa hazırlaşan gənclərdə İİV-ə yoluxma faktlarının üzə çıxması, eyni zamanda bu virusa yeni yoluxdurma hallarının qarşısını alır.

Amma nikaha daxil olmaq üçün müayinədən keçənlərin bəziləri qeyri-rəsmi ailəli olduqlarından, onlarda İİV-ə yoluxma halının aşkarlanması belə, bu izdivacının qarşısını almağa kömək edə bilmir. İİV aşkarlanan qeyri-rəsmi ailəli cütlüklərin hətta bu izdivacdan uşaqlarının da dünyaya gəldiyini nəzərə alsaq, bu cür ailələrin dağılması əksər hallarda mümkünsüz olur. Bəs görəsən, İİV aşkarlanan qeyri-rəsmi ailəli olan şəxslərin bu virusu öz cinsi partnyoruna yoluxdurmaması hansısa hallarda mümkündürmü?

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Epidemoloji Nəzarət və Proflaktika şöbəsinin müdiri Afət Nəzərli deyir ki, bunun mümkün olduğunu təsdiqləyən faktlar var. Amma bununla belə A. Nəzərli bu cür ailələrdə cütlüklərdən birinin digərini İİV-ə yoluxdurmaqdan tam sığortalanmadığını söyləyir. Onun sözlərinə görə, aprel ayının 1-ə qədər nikaha daxil olmaq üçün tibbi müayinədən keçənlərin 21-də İİV-ə yoluxma halı aşkarlanıb: \”Həmin şəxslərdən 7-i qadın, 14-ü kişidir. Onlardan 13-ü Respublika QİÇS-lə Mübarizə Mərkəzində əvvəlki illərdə qeydiyyatda olanlardır. İİV aşkarlananlardan 1 nəfəri Almaniya vətəndaşıdır. Onların 13-ü əvvəlki illərdə Mərkəzdə qeydiyyatda olduqlarından, onların arasında qeyri-rəsmi ailəli olanlar da var. Amma müayinələr zamanı onların həyat yoldaşlarında bu virus üzə çıxmayıb”.

Şöbə müdiri əvvəlki illərdə qeydiyyatda olan İİV-ə yoluxmuş xəstələrin heç birinin uşağında müayinələrin müsbət çıxmadığını bildirib. Onun sözlərinə görə, İİV aşkarlanmış şəxslərin cinsi partnyorlarında bu virusun tapılmaması o deməkdir ki, həmin şəxsin immun sistemi güclüdür: \”Amma bu, ona da əsas vermir ki, həmin şəxsə öz həyat yoldaşından bu virus heç zaman keçməyəcək. Çünki, hər yaşda insanın immun sistemininin müqaviməti fərqli olur. Ona görə də, biz belə cütlüklərə nə qədər ki, qarşı tərəf bu virusa yoluxmayıb, ehtiyatlı davranmağı tövsiyə edirik. Çox təəssüf ki, əlaqə zamanı gənclər bu təhlükəni gözə almır, qoruyuculardan istifadə etmək istəmirlər. Bununla da bəzən ən təhlükəli xəstəliyə yoluxma riski ilə üz-üzə qlaırlar.

Biz inyeksiya yolu ilə QİÇS-ə yoluxanlara da tövsiyə веририк. Çünki onlar inyeksiya yolu ilə bu virusa yoluxanda, bu təhlükəli xəstəliyi öz cinsi partnyorlarına da yoluxdura bilirlər. Ona görə də, ən azından cinsi partnyorlarını bu xəstəlikdən qorumaq üçün əlaqə zamanı qoruyuculardan yararlanmalıdırlar”.
Həmsöhbətimiz deyir ki, ümumiyyətlə, nikaha daxil olmaq üçün tibbi müayinədən keçərkən İİV aşkarlananlar 25-39 yaş arası vətəndaşlardır. A. Nəzərli onu da bildirib ki, nikaha daxil olmaq üçün tibbi müayinə zamanı İİV-aşkarlananların əksəriyyəti əməkçi miqrantlardır: \”İİV aşkarlanan əməkçi miqrantların əksəriyyəti Ukrayna, Rusiyada işləyənlər, iki nəfəri isə Özbəkistanda çalışan vətəndaşlarımızdır\”.

Qeyd edək ki, \”Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında\” qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiqi ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır. (mövqe)

İnterpress.az