Yazılanlardan bəlli olur ki, dövlətdən müəyyən məbləğdə əmək haqqı alan MSK sədir Bakı şəhərində xeyli villaya, mülklərə, hətta restoranlara sahibdir. Mətbuatda MSK sədrinin tikinti biznesində də payı olduğu qeyd olunur. Biz hələ MSK sədrinin kimlərəsə bahalı avtomobil hədiyyə etməsini demirik.
MSK sədrinə məxsus VİLLA restoranı fəaliyyətini dayandırıb. Məlumatdan bəlli olur ki, restoran İqtisad Universiteti ilə üzbəüz yerləşir. Ancaq mənbə restoranın bağlanma səbəbinə aydınlıq gətirə bilmədi.
Görünür maliyyə böhranı MSK sədrini də vurub.
Qarşı tərəfin mövqeyni işıqlandırmağa hazırıq. (NUH)
İnterpress.az