Alman qəzeti Türkiyə və Ərdoğana kin püskürdübackend

Alman qəzeti Türkiyə və Ərdoğana kin püskürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Boğazın dəlisinə sərhədləri göstərmək zamanı gəlmişdir\” başlıqlı yazıda Türkiyə prezidenti Tayyib Ərdoğanı təhqir olunur. Qəzet saxta \”soyqırıma\” dəstək verən türk əsilli 11 deputatdan da yazıb.

\”Almaniya hökuməti Türkiyədə bu 11 vəkilin təhlükəsizliklərinin olmadığı deyir. Əlbəttə, təhlükəsizlikləri yoxdur. Bu vəkillər Almaniyada belə günlərdir polisin qoruması altındadır.
Ərdoğanın \”qan məsələsini\” ortaya atması bu cür tədbirlərin görülməsi üçün bir zərurət oldu. Baş nazir Merkel üçün isə bu hadisələr siyasətini dəyişməyə hələ də əsas yaratmır.

Digər tərəfdən də elə bir rəy yaradılıb ki, sanki Türkiyə qaçqınların Avropaya keçməsinə mane olmayacağı təqdirdə rifahımız pozulacaq.
Bu səbəbdən də Türkiyə ilə danışıqlar davam etdirilir. Bu şəkildə Almaniya və Avropa Birliyi etibarını da itirir, prinsiplərini də tapdalayır\” deyə qəzet yazır. (musavat)

İnterpress.az