Bu il 400 personal və 150 texnika vasitəsi ilə boğulma təhlükəsi ilə üzləşənlərə kömək edəcək. Xilasedicilərin dənizə girənlərə xəbərdarlığı da var.
Üzmə sərhədini müəyyənləşdirən şarlar düzülüb, xəbardarlıq lövhələri vurulub.
Müşahidə qülləsindəki xilasedicilər isə dənizdə olanlara nəzarət edir. Mövsümün başlaması ilə Sularda Xilasetmə Xidmətinin əməkdaşları gücləndirilmiş rejimdə işləyirlər.
Yaxın vaxtlarda xidmətin müşahidə məntəqələrinə yaxın ərazilərdəki postlarda təcili tibi yardım briqadaları da növbə çəkəcək.
Sularda Xilasetmə Xidmətinin şöbə müdiri Elsevər Həsənov bildirir ki, xüsusən də vətəndaşlar küləkli havalarda xilaseidiclərin çağırışlarına məhəl qoymayıb suya girirlər ki, boğulma halı baş verdikdədə gəmiləri suya salıb boğulana kömək etmək mümkün olmur. (milli.az)
İnterpress.az