Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində məlumat yayılıb.
Qeyd edək ki, ikitərəfli saziş ABŞ və Azərbaycan arasında hava nəqliyyatının təşkili prosesinin sadələşdirilməsinə imkan verəcək, həmçinin kommersiya reyslərinin sayının artmasına kömək edəcək.
\”Açıq səma sazişi\” aviaşirkətlərin marşrutlar üzrə kommersiya qərarlarına və qiymət qoyma siyasətinə dövlət müdaxiləsini aradan qaldırmağı nəzərdə tutur. Bu da operatorlara sərnişin və yük daşımaları üzrə daha əlverişli və səmərəli xidmət göstərməyə imkan verir.(apa)
İnterpress.az