O, bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Sankt-Peterburqa beynəlxalq iqtisadi forum çərçivəsində baş tutacaq. “İyunun 20-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin məlum Dağlıq Qarabağ probleminə dair üçtərəfli danışıqları planlaşdırılır”, – Uşakov jurnalistlərə bildirib.
Y.Uşakov deyib ki, Putin əvvəlcə Serj Sərkisyan və İlham Əliyevlə ayrılıqda görüş keçirəcək, sonra üç prezident birgə danışıqlar aparacaqlar. “Təbii ki, bizim tərəfimizdən münaqişənin nizamlanması üçün tərəflərə fəal təsir cəhdləri ediləcək”-Putinin köməkçisi bildirib. Uşakov əlavə edib ki, Rusiya aprelin əvvəllərində döyüş əməliyyatlarının dayandırlmasında həlledici rol oynayıb.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsdərlərinin Sankt-Peterburq görüşündə hansı formada iştirakı hələ müəyyən deyil. Ehtimal ki, bu iştirak formal xarakter daşıyacaq və prezidentlərin görüşündən sonra xarici işlər nazirləri nəticələr barədə həmsədrləri məlumatlandıracaq. Sankt-Peterburq görüşü münaqişənin nizamlanması yollarına dair uzun müddətdir dayanmış danışıqların bərpasıdır.
Ancaq gözlənilir ki, təmas xəttində atəşkəsin monitorinqinə dair yeni mexanizmlər də həmin görüşdə müzakirə olunacaq.(virtualaz.org)
İnterpress.az