Telfondakı təyyarə rejiminin başqa faydaları da varbackend

Telfondakı təyyarə rejiminin başqa faydaları da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Facebook Messenger, WhatsApp, Snapchat kimi sosial şəbəkələr sizə gələn mesajları oxuduğunuzu qarşı tərəfə bildirir.

Bəzi funksiyalar bu bildirişlərin getməsini əngəlləyə bilir. Lakin bu zaman siz də göndərdiyiniz mesajların oxunub-oxunmadığını görə bilmirsiniz.

Bu səbəbdən də hər hansı mesajı oxumadan öncə təyyarə rejimini açsanız, göndərənin bundan xəbəri olmayacaq. Bu yöntəm hər proqram üçün keçərli olmaya da bilər. Ancaq WhatsApp, SnapChat və bəzi populyar proqramlarda işinizə yarayacaq.

Təyyarə rejimindən çıxdığınız zaman “oxundu” bildirişi göndəriləcək, ancaq ən azından yazacağınız cavabı düşünəcək zaman qazanmış olacaqsınız.

Telefonun enerji ehtiyatına qənaət etmək və ya kinoteatrda film izlərkən kimsənin sizi narahat etməməsi üçün də təyyarə rejiminə keçə bilərsiniz.

İnternet bağlantısı ilə bağlı problem yaşayırsınızsa, təyyarə rejimini açıb bağlasanız bu problem aradan qalxacaq. Təyyarə rejiminin telefon üçün yenidən başlamaq kimi funksiyası da var.

Uşaqlarınızın telefonunuzdan istifadə edərək internet saytlara daxil olmasını və ya hansısa mağazadan onlayn sifariş verməsini istəmirsinizsə, yenə təyyarə rejiminə keçə bilərsiniz. Təbii ki, bu, telefon funksiyalarını biləcək yaşa gələn uşaqlar üçün keçərli olmayacaq.

İnterpress.az