Türkiyə KİV-nin yaydığı məlumata xəbərə görə, Ramazan ayı girəndən bu günə qədər həyata keçirilən hərbi əməliyyatlarda 271 günahsız suriyalı öldürülüb.
Suriyada iqtidar qüvvələri ilə Rusiyaya məxsus qırıcıların müxaliflərə qarşı Şam, Dareyya, Doğu Quta, Hələb, İdlib, Deyruz Zor və Dərada baş tutan əməliyyatlarında 17 uşaq, 14 qadın məhv edilib və yüzlərlə kişi yaralanıb. Raketlərin əsas hədəfləri xəstəxanalar, məktəblər və bazarlar olub.
Ramazan ayı ərzində ən çox silahlı əməliyyatlar Hələbdə həyata keçirilib. Belə ki, təkcə Hələbdə orucluq günlərində 155 nəfər hərbi əməliyyatlar zamanı öldürülüb. İdlibdə 53, Deyruz Zorada 38, Humusda 8, Şamda 10, Hama və Hasekdə 3, Derada isə 1 nəfər həyatini itirib.
İnterpress.az