“Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll ola bilər“backend

“Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll ola bilər“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lavrov Rusiya Dövlət Dumasında \”Hökumət saatı\” çərçivəsində çıxışı zamanı deyib ki, MDB məkanındakı münaqişələr yalnız sülh yolu ilə həll oluna bilər.

\”Bu, Rusiya-Ukrayna, Dağlıq Qarabağ, Dnestryanı və digər problemlərə aiddir. Əsas məsələ isə tərəflər arasında əldə olunan razılaşmalara əməl olunmasıdır.

Əminik ki, bütün bu böhran vəziyyətlərində əldə olunan razılaşmalara əməl olunsa idi, ümumavropa əməkdaşlığı sahəsində qüsurların öhdəsindən gəlmək daha asan olardı”,- deyə Sergey Lavrov bildirib.

Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) iclası da başlayıb. ANS PRESS-in məlumatına görə, 70 illik yubileyə həsr olunmuş iclasda MDB müdafiə nazirləri görüşüblər. Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi qurumlarının nümayəndə heyətləri, habelə MDB İcraiyyə komitəsinin nümayəndələri və MDB ölkələri müdafiə nazirləri Şurası Katibliyi iştirak edirlər.

Ümumilikdə, Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərdə fəallıq nümayiş edirir.

O, aprelin əvvəlində Azərbaycan və Ermənistan arasında vəziyyət gərginləşən vaxt Bakı və İrəvana səfər etmişdi. Səfərlər zamanı da münaqişənin yalnız sülh yolu ilə həll olunması ilə bağlı bəyanatlar səsləndirmişdi.

S.Lavrov aprel döyüşlərindən sonra Ermənistanın Qarabağın müstəqilliyini tanımaq barədə cəhdlərinə də münbasibət bildirib. “Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı müzakirə aparacağı ilə bağlı xəbərlərdən təlaş keçirməyə səbəb yoxdur, çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək”. ( anspress.com )

İnterpress.az