Ermənistandan rus ordusunun çıxarılması tələbibackend

Ermənistandan rus ordusunun çıxarılması tələbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu erməni deputat, “İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyan bəyan edib.

\”Moskva Azərbaycana milyard dollar məbləğində silah satmaqla bu balansı pozub\”
Deputatın sözlərinə görə, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, regionda güc balansını bərpa etmək istəmir.

Erməni deputat hesab edir ki, rəsmi Moskva Bakı ilə sıx əməkdaşlıq etdiyi, Azərbaycanın silahlı qüvvələrini gücləndirdiyi üçün Rusiya hərbçiləri Ermənistandan çıxarılmalıdır.

\”Ermənistanın Rusiya ilə Hava Hücumundan Müdafiə sistemlərini birləşdirməsi xəyanətdir. Bu razılaşma bizim imkanlarımızı məhdudlaşdırır\”, – deyə Zarui Postancyan həmçinin bildirib.

“Strateji baxımdan qiymətləndirildikdə bu razılaşmanı sadəcə xəyanət adlandırmaq olar. Rusiyanın boynumuza qoymağa çalışdığı sənədlərə baxanda elə təəssürat yaranır ki, Rusiya daim burada ağa olduğunu və buradan heç vaxt getməyəcəyini bəyan etmək istəyir. Mən hesab edirəm ki, Rusiyaya bu müqavilə ilə yeni imkanlar verilir. Bizim dövlətin müdafiəsini başqa ölkə yox, özümüz qorumalıyıq\”,– deyə Zarui Postancyan bildirib.

Rusiya və Ermənistan arasında 2015-ci ilin dekabrda Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi ilə bağlı müqavilə imzalanıb. Müqaviləni Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Seyran Ohanyan imzalayıblar.

Ermənistan cəmiyyəti bu müqaviləni birmənalı qarşılamayıb. Ölkədə bir çox siyasi partiyalar müqavilənin təsdiqlənməsinə qarsı etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları əllərində \”Toprağı, havanı verməyəcəyik\”, \”Permyakovlar ordusuna güvənmirik, erməni ordusuna güvənirik\”, \”Növbəti satqınlıq addımı\” yazılmış plakatlar tutublar. ( anspress.com )

Ermənistandan rus ordusunun çıxarılması tələbi

İnterpress.az