Keçmiş nazirin maşınından 8 milyon dollar çıxarıldı – VİDEObackend

Keçmiş nazirin maşınından 8 milyon dollar çıxarıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinada keçmiş nazir Jose Lopez, paytaxt Buenos-Ayresdə bir monastrın bağında yerə 8.5 milyon dollar basdırmaq istəyən zaman yaxalanıb.

Bir vətəndaşın gecə saatlarında monastırın divarlarından paketlər atdığını görməsi və polisə məlumat verməsi səbəbindən həbs olunan Lopezin maşınında dollar, avro, yapon yeni və Qətər rialından ibarət 160 paketlə yanaşı brilyantlar, bahalı saatlar və qanunsuz silahlar aşkar edilib.

Lopezin polisə rüşvət təklif etməsinin və bu cəhdinin uğursuz olmasından sonra pulları monastıra bağışlamaq üçün gətirdiyi, polis məmurlarının isə pulları oğurlamaq istədiyi də qeyd edilir. Keçmiş nazir özü isə polisə müqavimət göstərməyib və pulları monastıra bağışlamaq üçün gətirdiyini deyib.

Keçmiş nazirin maşınından 8 milyon dollar çıxarıldı - VİDEO

Məsələylə bağlı açıqlama verən Argentina dövlət başçısı Mauricio Macri isə olayı biabırçılıq adlandırıb. \”Hamımız heyrət içindəyik . Dəyişirik və Argentinada kökünü kəsmək istədiyimiz bütün bu cür hadisələrin üzə çıxması yaxşıdır\” deyə Macri qeyd edib.(avropainfo)

İnterpress.az