Verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin bundan əvvəlki rəisi polis general-mayoru Ceyhun Həsənov olub. Keçən həftə C.Həsənov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib. (musavat)
İnterpress.az