Putinin Ərdoğandan 3 tələbibackend

Putinin Ərdoğandan 3 tələbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki ölkə rəsmiləri, demək olar ki, hər gün bir-birlərinə qarşı kəskin bəyanatlar səsləndirirlər.

Amma son bir neçə gün ərzində münasibətlərin düzəlməsi üçün bəzi addımlar atılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarına göndərdiyi məktubda münasibətlərin layiq olduğu səviyyəyə çatacağına ümid etdiyini qeyd edib.

Kremldən Türkiyə açıqlaması

Ötən gün isə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov “Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirik” açıqlamasını verib. “Rusiya prezidentinin dediyi kimi, Ankara tərəfindən gərəkli addımlar atılmayana qədər münasibətlərin düzəlməsi mümkünsüzdür”, – deyə Peskov bildirib.

Bəs Rusiya Türkiyədən hansı addımları gözləyir və Türkiyənin bu gözləntilərə qarşı münasibəti necədir?

1. Rusiya Türkiyədən ilk növbədə təyyarəni vurduğuna görə üzr tələb edir.

Putin Türkiyənin \”Su 24\” qırıcı təyyarəsini vurduqdan sonra “Türkiyə bizi arxadan bıçaqladı” ifadəsini işlədib və Türkiyənin üzr istəməsinin vacibliyini vurğulayıb.

Putinin Türkiyə etirafı

Türkiyə üzr istənilməyəcəyini və Rusiya təyyarəsini sərhədləri pozduğu üçün vurduğunu bəyan edib. Ancaq Türkiyə mətbuatı Moskva və Ankara arasında münasibətlərin yaxşılaşması üçün “İsrail modelini” ön plana çıxarır.

“Mavi Marmara” böhranı zamanı Türkiyə də İsraildən üzr istənilməsini tələb etmişdi. İsrail hökuməti isə bu tələbi yerinə yetirməyəcəyini bəyan etmişdi. Amma diplomatik qaynaqlardan əldə edilən məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu Barak Obamanın vasitəsilə Türkiyədən üzr istəyib. Amma mətbuat Rusiya və Türkiyə arasında vasitəçilik rolunun oynanılmasına icazə veriləcək ölkənin olmadığını yazır.

2. Rusiya sonrakı mərhələdə vurulan təyyarəyə görə təzminatın ödənilməsini tələb edir.

Lakin Türkiyənin bu addımı atması “günahını boynuna almaq” kimi görünə bilər. Ona görə də Türkiyənin bu tələbi də qəbul etməsi real görünmür.

3. Rusiya təyyarənin vurulmasında günahkar olanların cəzalandırılmasını tələb edir.[/b]

Döyüş təyyarəsi vurulan vaxt paraşütlə xilas olmaq istəyən rus pilotun Suriya ərazisində Alparslan Çelik tərəfindən vurulduğu iddia edilir. Rusiya Çelikin İzmir şəhərində həbs edilməsini müsbət addım kimi qiymətləndirmişdi. Amma daha sonra Çelik rus pilotu vurduğu üçün deyil, qanunsuz silah gəzdirdiyi üçün məhkəmə qarşısına çıxarıldı. Hələ ki Türkiyə Rusiyanın iddiaları əsasında digər günahkarların cəzalandırılması üçün işlər aparmır.

Ötən ilin noyabrında Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus \”Su 24\” təyyarəsi Türkiyə sərhədini pozduğuna görə vurulub. Bundan sonra Rusiya Türkiyəyə bir çox sahələrdə sanksiyalar tətbiq edib.

Rusiya və Türkiyə Avrasiya materikinin ən qədim tarixə malik olan və çoxəsirlik ənənələri özündə əks etdirən dövlətidir. Bu səbəbdən heç biri geri addım atmaq niyətində deyil. Dövlətlərin bu inadından isə həm sadə insanlar, həm hər iki ölkənin iqtisadiyyatı, həm də region itirir. (ans)

İnterpress.az