Azərbaycanda ümumi daxili məhsul istehsalı 4% azalıbbackend

Azərbaycanda ümumi daxili məhsul istehsalı 4% azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsinin məlumatına görə, azalmanın əsas səbəbi tikinti sektorunda məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub.
Əlavə dəyərin 39,8%-i sənayedə, 12,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6%-i tikinti, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə, 16,4%-i isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2239,4 manata bərabər olub.

İnterpress.az