18 və 96 nömrəli marşrut xətlərinin sürücülərinə xəbərdarlıq edilib.
Bunu İnterpress.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova deyib.
N.Allahyaroanın sözlərinə görə, ötən gündən etibarən 18 nömrəli avtobus yenidən əvvəlki marşrutu üzrə hərəkətə başlayıb. Hazırda 18 və 96 nömrəli marşrutlar yenidən işləyir. Adıçəkilən xətlərin sürücülərinə təlimatlar verilib. Bizə 18 və 96 nömrəli marşrutlardan çoxlu şikayətlər daxil olur. Biz də bununla bağlı sürücülərə xəbərdarlıq etmişik\”.
Gülşanə Mustafayeva
İnterpress.az