Sürüşmə kütləsi müəyyən qədər genişlənib- Baş geoloqbackend

Sürüşmə kütləsi müəyyən qədər genişlənib- Baş geoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası baş geoloqu Ələmdar Piriyev deyib.

Baş geoloqun sözlərinə görə,sürüşmə sahəsinin qövsvari formada cənuba tərəfə genişlənib. Axan torpaq kütləsi müəyyən qədər yola da tökülüb, amma yolun bağlanmasına səbəb olmayıb. Bakı-Ağsu yolunun 135-156-cı km-də də qədim sürüşmə sahəsindəki çatlarda müəyyən qədər sürüşmə baş verib. Sürüşmə nəticəsində yollara qismən uçqun-töküntü hadisəsi qeydə alınıb. Bu aradan qaldırılandan sonra gediş-gəliş bərpa olunub. Yağıntılar nəticəsində İsmayıllı rayonunun Sulut kəndi ərazisində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində də sürüşmə baş verib. Sürüşmə sahəsində Sulut-Kələzeyvə-Sərsurə kəndləri arasında olan avtomobil yolları tamamilə sıradan çıxıb. Sürüşmə Sərsurə kəndi ərazisinə də çatıb və orada 7 ev qəzalı vəziyyətə düşüb. Həmin ərazidən əhali köçürülüb.

Xatırladaq ki, bu ay ərzində Muğanlı-İsmayıllı, Quba yolunda da aktivləşmə müşahidə olunub. İsmayıllı rayonun Xan kəndində sürüşmə dinamikasında aktivləşmə qeydə alınıb. Quba-Xınalıq yolunun 37-46, 37-47-ci km-də uçqun-töküntü hadisələri baş verib. Lerik, Masallı rayonunda bəzi yerlər cüzi aktivləşmə qeydə alınsa da bunlar nəzərəçarpacaq dərəcədə olmayıb.

GülşanəMustafayeva
İnterpress.az