Bunu İnterpress.az-a açıqlamasında \”BakuBus\” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Priyev deyib:
\”Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə etmək hüququna malikdirlər. Biz də bu qanunun icrasını təmin edərək müddətli həqiqi hərbi xidmət qulluqçularının “BakuBus”un bütün avtobuslarından ödənişsiz olaraq istifadə etməsini təmin etmişik. Hətta dəfələrlə bu statusa malik hərbi qulluqçulara müraciət etmişik ki, bu güzəştlərdən istifadə etməklə bağlı hər hansı problem yaranarsa “BakuBusun” *4242 qaynar xəttinə müraciət etsinlər.
Gülşanə Mustafayeva
İnterpress.az