Silahlı hücumda iştirak edən 3 İŞİD terrorçusuna üst-üstə 490 il həbs cəzası verilib.
İnterpress.az-ın türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ankara Həbsxanasında məhkumluq həyatı sürən Benyamin Xunun cəzası 4 dəfə ağırlaşdırılaraq 179 il 6 aya çatdırılıb. Ona əlavə olaraq 225 min TL pul cəzası da kəsiblər.
Azərbaycanlı Fuad Mövsümova isə 13 il 9 ay həbs cəzası verilib.
Qeyd edək ki, İŞİD-in Türkiyədə ilk qanlı terror aktı 2014-cü il martın 20-də baş verib. Benyamin Xu, Çendirim Ramadani, Məhəmməd Zakiri Ulukışla-Adana yolunda taksi saxlamaq istəyən təhlükəsizlik əməkdaşlarına avtomatdan atəş açıblar. Bu zaman terrorçular polis nəfərləri Adil Kozanoğlu və Adəm Çobanı güllələyərək öldürüb, 7 əsgər və avtobusdakı 1 nəfəri yaralayıblar. Sonra ələ keçirdikləri yük maşınının sürücüsü Turan Yaşarı da öldürərək qaçıblar. Terrorçuların ikisi xəstəxanada, digəri isə Köşkönü kəndində yaxalanıb.
Terrorçu Benyamin Xu
İnterpress.azhttps://youtube.com/watch?v=zFWewylLtG4