Azərbaycanın digər şəhərlərində də sakl klubları yaradılacaqbackend

Azərbaycanın digər şəhərlərində də sakl klubları yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyasının (\”Skal İnternational\”) Bakı klubunun 21-ci toplantısı keçiriib. Öz fəaliyyəti ilə dünyada böyük nüfuz qazanan və turizm sektorunun inkişafında mühüm rol oynayan \”Skal İnternational\”ın yarandığı gündən göstərdiyi fəaliyyətə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə ilk olaraq \”Skal Bakı\” klubunun başkanı, Əhməd Yaşıldağ çıxış edib. O bildirib ki, \”Skal İnternational\” dostluq və sülh içində davamlı peşəkar turizm fəaliyyətlərini reallaşdırmaq məqsədilə yaradılmış bir qeyri-hökumət təşkilatıdır. Qurumun təxminən 90 ölkədə 500 klubu və 15 min üzvü var: \”\”Skal İnternational\” klubları bir-biriləri müxtəlif beynəlxalq toplantılarda bir araya gələrək qlobal səviyyədə turizm problemlərinə siyasətdən uzaq bir şəkildə həll axtarırlar və tapırlar\”.
Klub başkanı qeyd edib ki, Azərbaycan iqtisadiyyatında çox əhəmiyyətli bir yeri olan turizm sənayesi 20-dən çox fərqli sahəyə iş imkanı təqdim edən bir sənayedir. Onun sözlərinə görə, \”Skal Bakı\” klubunun 34 üzvü var, bunların 23-ü aktiv üzvlərdir. 11 nəfər isə gənc skalşılardır. O, Azərbaycanın digər şəhərlərində də sakl klublarının yaradılacağını bildirib.
Toplantıda iştirak edən Türkiyə Respublikasının Azərbaycandakı sabiq səfiri Alper Coşqun deyib ki, turizm sektoru təmsilçilərinin qarşısında çıxış etmək onun üçün böyük məsuliyyətdir. Sabiq səfir bu tədbirə dəvət alana qədər \”Skal İnternational\” təşkilatı haqqında məlumatlı olmayıb: \”Yalnız bu dəvətdən sonra internetdə axtarış verdim və gördüm ki, bu qurum turizm sahəsinin inkişafında öz yeri və dəst-xətti olan əhəmiyyətli bir təşkilatdır. Xüsusilə Türkiyə skalının ölkədə baş verən son terror olaylarına etiraz olaraq verdiyi bəyanat mənə çox təsir etdi. Qurum təmsilçiləri terrorun onları əyməyəcəyini, hər zaman Türkiyə dövlətinin və xalqının yanında olacaqlarını bəyan ediblər\”.
Alper Coşqun çıxışında Türkiyədə törədilən terror hadisələrindən danışıb və bunu edənlərin gec-tez cəzalarını alacaqlarını söyləyib.
Tədbirdə \”İsr Qroup of Companies\” şirkətlər qrupunun vitse-prezidenti Zəfər Tangil \”Skal Bakı\” klubuna yeni üzv qəbul edilib. O, Bodrum skalından da üzvlüklə bağlı təkilf aldığını, lakin qurumun Bakı klubuna üzvlüyü seçdiyini qeyd edib. Zəfər Tangil Azərbaycanda turizmin inkişafı üçün skal klublarının fəaliyyətinin çox əhəmiyyətli olduğunu da diqqətə çatdırıb.
Sonra Əhməd Yaşıldağ \”Skal Bakı\”nın aprel ayındakı son toplantısından sonra görülən işlər barədə məlumat verib. Klub başkanı bildirib ki, 2 ay ərzində \”Skal Mərmərə\” klubu ilə qardaş klub olublar, Türkiyənin media təmsilçilərinin Azərbaycana tanıtım səfəri təşkil olunub, nəticədə Türkiyə mətbuatında Azərbaycanın turizm imkanları haqqında 30-dan çox məqalə dərc olunub. Bundan əlavə, klubun veb səhifəsi yenilənib, artıq www.skal.az saytına daxil olmaqla təşkilatın gördüyü işlərlə bağlı istənilən məlumatı əldə etmək mümkündür. Əhməd bəy növbəti aylarda klub üzvləri üçün treninq və kursların təşkil olunacağını da söyləyib.
\”Skal Bakı\”nın fəxri başkanı Ruslan Quliyev çıxışında bildirib ki, bu klub Azərbaycanda turizm sahəsinin inkişafında və bu sahədə Türkiyə turizmçiləri ilə geniş əlaqələrin qurulmasında bir hadisədir. O deyib ki, Əhməd Yaşıldağın \”Skal Bakı\”ya başkan seçilməsi ilə qurumun fəaliyyəti yeni dönəmə qədəm qoyub.
Ruslan Quliyev daha sonra Bakı klubunun yaranmasında, eyni zamanda ölkəmizdə turizm sahəsinin inkişafında müstəsna xidmətlər göstərmiş və 5 il öncə dünyasını dəyişmiş Fayis Məmmədovun həyat və fəaliyyətindən, təmsil etdiyi sahədə göstərdiyi xidmətlərdən danışıb. Qeyd edib ki, Fayis Məmmədov adına klub tərəfindən təqaüd təyin edilməsi qərara alınıb. Təqaüd bir semestr ərzində yaxşı oxuyan və turizm sahəsində fəallıq göstərən Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinə veriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyib ki, Azərbaycanda skalın fəaliyyəti böyük əhəmiyyətə malikdir. Hər bir skal üzvünün xarici səfərlərində Azərbaycanın adını çəkməsi, ölkəmizi təmsil etməsi də bir təbliğatdır.
Tədbirin sonunda 3 nəfər \”Young Skal\”a üzv qəbul edilib, eyni zamanda Azərbaycan turizminin inkişafında və təbliğində fəallıq göstərən sektor təmsilçilərinə klubun təşəkkürnaməsi təqdim olunub.

İnterpress.az