AzNews.az xəbər verir ki, Naxçıvan hava limanı əlverişsiz hava şəraitinə görə təyyarələri qəbul edə bilmir. Bu səbəbdən bu gün Naxçıvana uçan sərnişin təyyarəsi məcburən geri qayıdıb. Digər 2 reys isə təxirə salınıb.
Təyyarə reyslərinin həyata keçirilə bilməməsi isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sıxlığın yaranmasına səbəb olub.
Təyyarə sərnişinlərinə bildirilib ki, reyslərin nə vaxt uçacağı haqqında hələlik dəqiq məlumat yoxdur.
İnterpress.az