Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə , qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Səbail rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 900 metr aralı, nəzarətsiz ərazidə) 1993-cü il təvəllüdlü Mustafayev Məhəmməd Əşrəf oğlunun suda batması haqqında məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. M.Mustafayevin cəsədini sudan taparaq çıxarıb və aidiyyəti üzrə təhvil verib. (virtual.az)
İnterpress.az