Ermənistan KİV-inin verdiyi xəbərə görə bu barədə İstintaq komitəsinin mətbuat xidməti məlumat yayıb.
İnsident iyunun 15-də Vardenisdə qeydə alınıb. Hərbi polisə hücum edənlər saxlanılıblar, barələrində cinayət işi qaldırılıb.
“Aykakan jamanak” qəzetinin yaydığı məlumata görə, saxlanılan zabitlər Qarabağdakı separatçı rejimin hərbi hissəsində xidmət edirlər. Bunlar mayor Ara Zaxaryan, leytenant L.Saakyan. baş leytenant K.Martirosyan və leytenant T.Anaxasyandır.
Məlumatda qeyd edilir ki, hərbi polisin əməkdaşı Andranik Matevosyan zabitlərin olduğu avtomobili saxladıb. Bu, onların xoşuna gəlmədiyindən mübahisə düşüb. Nəticədə zabitlər hərbi polisin əməkdaşını döyüblər, o, xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, zabitlər saxlanılan zaman hərbi polisin əməkdaşları Ara Zaxaryana da güc tətbiq edərək, onun əllərini bağlayaraq vurublar.
O da xəstəxanaya yerləşdirilib.(modern.az)
İnterpress.az