Bu gun Bakı-Quba yolunun Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Verilən məlumatına görə, “VAZ 21011” markalı avtomobil “Hyundai” markalı maşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Hadisə nəticəsində ölən şəxs Gəndov kənd sakini 42 yaşlı Qalib Məmmədəli oğlu Bağırovdur. Şabran xəstəxanasına aparılan yaralıların vəziyyəti isə ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır. (ans)
İnterpress.az