Şəhidlər məscidinin sahibi dəyişdi – VİDEObackend

Şəhidlər məscidinin sahibi dəyişdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sözlə məscid daha Türkiyə Dəyanət İşləri Vəqfi tərəfindən idarə olunmayacaq. Bu barədə Dini qurumlarla İş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib. Məsciddə təmir işlərinin davam etdirilməsinə ehtiyac olduğunu deyən komitə sədri qeyd edib ki, məscid açıqdır və ora gələnlər protokol qaydasında dini ayinləri icra etmək imkanına malikdilər.

\”Məsciddə hər hansı dini icma yaratmağa ehtiyac yoxdur. Şəhidlər məscidi bütövlükdə protokol xarakterli dini ayinlərin icrası üçün istifadə olunur və belə də davam edəcək. Burada müvafiq dini ayinləri icra etmək üçün Qafqaz Müsləmanları İdarəsi tərəfindən axund və imam təyinatları üçün nümayəndələr irəli sürülüb\”,- deyə Mübariz Qurbanlı vurğulayıb.

Məscid təmir işləri səbəbindən hələ ki, kütləvi ibadətə açıq deyil. Amma fəaliyyəti bərpa olunduğu gündən bura gələnlərin ardı arası kəsilmir və məscidin statusu ilə bağlı qərar onların ibadətinə heç bir halda təsir göstərmir.

Məscid hər gün saat 9-dan 6-ya kimi açıqdır. Şəhidlər məscidi 1996-cı ildə Türkiyə Dəyanət İşləri Vəqfi tərəfindən tikilib istifadəyə verilib. Məscid 12 il fəaliyyət göstərdikdən sonra 2008-ci ildə təmirə bağlanmışdı. ( anspress.com )

İnterpress.az