Xəbər verilir ki, bu sözləri İraqın Baş naziri Heydər Abadi deyib. “Fəllucə vətənimizin qucağına geri döndü. Məqsədimiz Fəllucə əhalisinin təhlükəsizliyini təmin etməkdir.
Mülki şəxslərin qorunması ilə bağlı dövlət idarələrinə təlimat vermişəm. İŞİD-ə İraqda yer yoxdur.
Terrorçular törətdiyi hər cinayətə görə cəzalandırılacaqlar”, – Abadi bildirib. Qeyd edək ki, İraq ordusu, Haşdi Şabi qruplaşması və sünni təriqətli döyüşçülər Fəllucə şəhərini İŞİD-dən geri almaq üçün mayın 23-də əməliyyata başlamışdılar. (musavat)
İnterpress.az