Xəbər verilir ki, Şəki rayonu, Kiçik dəhnə kəndində pasport qeydiyyatında olmaqla, Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 49 mənzil 16-da yaşayan Əhmədova Bənzər Hamil qızı 13.06.2016-cı il tarixdə Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək, Şəki şəhərində yerləşən \”Çələbixan\” hazırlıq kursunda təhsil alan 06.12.2004-cü il təvəllüdlü. nəvəsi Əhmədov İlkin Rəhman oğlunun 11.06.2016-cı il tarixdə təhsil aldığı hazırlıq kursundan çıxaraq naməlum istiqamətə getməsini və bir daha geri qayıtmayaraq itkin düşməsini bildirmişdir.
06.12.2004-cü il təvəllüdlü Əhmədov İlkin Rəhman oğlunun əynində sarımtıl rəngli köynək, qara rəngli kvadrat xətləri olan şalvar, göy rəngli ayaqqabı və çiynində göy rəngli məktəbli çantası olmuşdur.
İtkin düşən şəxs barəsində məlumatı olanlardan Şəki ŞRPŞ-nə aşağıdakı telefon nömrələrinə məlumat vermələri xahiş olunur.
Əlaqə (02424)-4-25-50; 4-74-78; (050)-744-06-44 (musavat)
İnterpress.az