Odessa vilayətində zəhərlənənlərin sayı 300 nəfəri keçibbackend

Odessa vilayətində zəhərlənənlərin sayı 300 nəfəri keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Odessa vilayətinin rəhbəri Mixail Saakaşvili bildirib.

Siyasətçinin sözlərinə görə, uzunmüddətli leysan yağışlara görə içməli suyun çirklənməsinin kütləvi zəhərlənməyə səbəb olduğu ehtimal edildiyi.

“Sözsüz ki, təbii hadisə bu cür hallara istənilən ölkədə səbəb ola bilər, lakin unutmaq lazım deyil ki, Ukraynanın cənubunda infrastruktur artıq xeyli köhnəlib”, – deyə Saakaşvili bildirib.

Qeyd edək ki, iyunun 14-də şəhərə bir saat ərzində aylıq norma səviyyəsində yağış yağıb. Üç gün sonra isə şəhərdə kəskin bağırsaq infeksiyası yayılmağa başlayıb. Ötən gün ictimai iaşə və ticarət obyektləri bağlanıb.

Hələlik infeksiyanın mənbəyi müəyyən edilməyib. (musavat)

İnterpress.az