İraq ordusu Mosulu İŞİD-dən azad etmək üçün ikinci cəbhə açıbbackend

İraq ordusu Mosulu İŞİD-dən azad etmək üçün ikinci cəbhə açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“RİA Novosti”nin istinadən verdiyi xəbərə görə, İraq ordu komandanlığı Əl-Fəlucə şəhərinin azad olunmasından bir gün sonra İŞİD terror qruplaşmasına qarşı ikinci hücum xəttinin yaradıldığını elan edib.

Məlumata görə, xüsusi təyinatlı ordu birləşmələri və iki ordu diviziyası ABŞ-ın rəhbərlik etdiyi koalisiya aviasiyasının dəstəyi ilə Əl-Fəlucədən İŞİD-in Mosul yaxınlığında yerləşən aerodrom ətrafındakı mövqelərinə doğru hücuma keçib. İŞİD-in İraqdakı “paytaxtı” hesab olunan Mosul şəhərinin azad olunmasında qeyd olunan aerodrom strateji əhəmiyyətə malikdir.

Hücum əməliyyatı zamanı ordu qüvvələri iki kəndi azad edib və 20 km irəliləyib. (apa)

İnterpress.az