Ya məzmunlu danışıqlar, ya da Qarabağda müharibəbackend

Ya məzmunlu danışıqlar, ya da Qarabağda müharibə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Rusiya və Ermənistan Prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyanın görüşünə bir gün qalmış Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı operativ-taktiki təlimlərə başlayır.

Məlumata görə, 25000 nəfərədək şəxsi heyətin, 300-dən çox tank və zirehli döyüş maşınınin, 100-dən artıq raket və artilleriya qurğusunun, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemlərinin, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələri bölmələrinin iştirak etdiyi təlimlərə bu gün start verilir və ayın 24-ə kimi davam edəcək.

İrimiqyaslı təlimlərin prezidentlərin görüşünə bir gün qalmış başlaması xüsusi diqqət çəkib. Bu barədə istər Ermənistan, istər Türkiyə, istərsə də Rusiya mətbuatında geniş məqalələr dərc edilib.

Ya məzmunlu danışıqlar, ya da Qarabağda müharibə

Rusiyanın Sankt-Peterburq şəhərində Prezidentlərin keçiriləcək görüşü ilə demək olar ki, eyni vaxtda başlayan irimiqyaslı təlimlər Ermənistana güclü mesaj kimi qəbul edilir.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburq görüşünə bir neçə gün qalmış Ermənistana, dünya ictimaiyyətinə konkret Qarabağ mesajı verdi.

“Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər, – Əliyev Ramazan ayı münasibətilə təşkil edilən iftar mərasimində bildirib.

Prezident açıq şəkildə mesaj verdi ki, ya mənalı, məzmunlu danışıqlar, ya da müharibə… Bu baxımdan ən böyük hərbi təlimlər kimi tariximizə düşəcək operativ-taktiki təlimlər Serj Sarkisyan, həmçinin Qarabağ münaqişəsinin nizamlanması üzrə işi öz üzərinə götürən, lakin heç bir iş görməyən ATƏT-in Minsk Qrupuna da ciddi siqnaldır. 4 günlük aprel müharibəsi münaqişənin heç də dondurulmuş vəziyyətdə olmadığını göstərdi. (ans)

İnterpress.az