Dünən, iyunun 18-də, dünya şöhrətli müğənni Enrike İqlesias Dənizkənarı Milli Parkda konsert proqramı ilə çıxış edib.
Konsert zamanı müsiqiçinin gənc pərəstişkarlarından biri səhnəyə çıxaraq onun qucağına atılıb.
Mühafizəçilər qıza mane olmağa çalışıblar, lakin E.İqlesias fanatını qucaqlayaraq onlardan geri çəkilmələrini xahiş edib.
Qeyd edək ki, konsert proqramı “Formula-“1 Qran-Prisi çərçivəsində keçirilib. (musavat)
İnterpress.az