“Reuters” agentliyinin verdiyi məlumata görə, minlərlə insanın iştirak etdiyi bu aksiya ABŞ-ın Okinava adasının digər hissəsində hərbi baza yerləşdirmək planını təhlükə altında qoyur.
Sonuncu dəfə Okinava adasında belə böyük aksiya 20 il əvvəl 3 amerikalı hərbçinin 12 yaşlı yapon qızı zorlamasından sonra keçirilib. Aksiyalardan sonra ABŞ və Yaponiya Futenma hərbi bazasının Okinavada əhalinin sıx yaşadığı rayondan adanın digər hissəsinə köçürülməsi barədə razılıq əldə edib. Lakin bu plan hələ də həyata keçirilməyib.
Okinavada amerikalı hərbçilər əleyhinə hər il aksiya keçirilir. Bu il isə adada amerikalı hərbçilərin iştirak etdiyi iki böyük insident yaşanıb. Bu ilin mayında Yaponiya polisi 20 yaşlı Rina Simabururo adlı yapon qızı öldürməkdə şübhəli sayılan 32 yaşlı amerikalı Kennet Franklini həbs edib. Bundan sonra sərxoş amerikalı zabitin idarə etdiyi avtomobil qəzaya yol açıb.
Hazırda Okinava adasında ABŞ hərbi bazasındakı 30 min hərbçi də daxil olmaqla, 50 min amerikalı var. Bu ada 1972-ci ilə qədər ABŞ-ın işğalı altında olub, indi də adanın 20 faizi amerikalı hərbçilərin nəzarətindədir.(apa.az)
İnterpress.az