Oruc tutanın yanında yeyib-içmək olarmı?-MÜZAKİRƏbackend

Oruc tutanın yanında yeyib-içmək olarmı?-MÜZAKİRƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyimiz kimi, hazırda Ramazan ayıdır və bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da inanclı insanlar bu mübarək ayda oruc tutur, bu aya məxsus ibadətləri yerinə yetirirlər.

Oruc tutmağın dini, ictimai, tibbi və digər baxımdan faydaları haqda indiyədək çox danışılıb. Biz bu dəfəki söhbətimizdə Ramazan ayında tez-tez rast gəlinən, inanclı insanları narahat edən bir məsələ – oruc tutmayanların ictimai yerlərdə, ümumiyyətlə, oruc tutmuş insanların gözləri qarşısında qidalanması, su içməsi və s. barədə söz açacağıq.

Mövzu ilə bağlı suallarımızı ilahiyyatçı Cavid Cabbarlı cavablandırır.

– Oruc adamın yanında oruc tutmayanların su içməsi, qida qəbul etməsi və sair demək olar ki, Ramazan ayında ən çox narahatlıq doğuran hallardandır. Əvvəlcə bilmək istərdik; ictimai baxımdan bu halı necə qiymətləndirmək olar?

– Allah Quranda buyurur: \”Ey iman gətirənlər, sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də oruc tutmağı vacib etdim…” (Bəqərə-183). Quranda \”soum” kəlməsi işlədilib. Bu kəmlə çəkinmək anlamını verir. Yəni hər bir müsəlman sübh azanından şam azanına qədər yemək, içmək, cinsi əlaqə, istimna (özü özündə şəhvət hissi yaradaraq sperma ixrac etmək), Allah, Peyğəmbər və İmamların dilindən yalan danışmaq, qatı tozu udmaq, başı tamamilə suya batırmaq, sübh azanı zamanı cənabət, heyz və nifas halında qalmaq, maye ilə imalə etmək və qusmaqdan çəkinərsə oruc tutmuş hesab olunur. Oruc vacib ibadətdir və Allaha yaxın olmaq qəsdi ilə tutulmalıdır. Bu ibadətin fəziləti barədə çoxlu hədis və ayələr qeyd olunub.

Oruc tutmaq Ramazan ayının əməllərindən biridir. Bu ayda həm də Quran nazil olub. Ramazan digər on bir aydan daha çox üstün və fəzilətlidir. Ona görə də Ramazanı dəyərləndirmək və bu ayın hörmətini saxlamaq hər bir müsəlmana tövsiyyə olunur. Ramazan ayında bəzi şəxslər oruc tutmaq vəzifəsindən azad olunublar. Müsafir, yaşlı və həddindən artıq zəif qoca, hamilə xanımlar, ayın bəzi günlərində xanımlar və körpə uşağı olan qadınlar (uşağa süd verən). Bu qruplara aid olmayan hər bir müsəlmana oruc tutmaq vacibdir. Qeyd etdiyim şəxslər oruc tutmasalar da Ramazan ayının hörmətini gözləməlidirlər. Yəni bu ayda ictimai yerlərdə orucu batil edən əməlləri etmək olmaz. Məsələn, kimsə xəstəlik üzündən oruc tuta bilmirsə evində yaxud qapalı yerdə yeməlidir.

Ramazan ayı saflaşma və bütovləşmə ayıdır. Bu ayın əməllərini ictimailəşdirməklə cəmiyyəti saflaşdırmış olarıq.

– İctimai qınaq olmalıdırmı?

– Əlbəttə. Təcrübə göstərir ki, ictimai qınaq bəzi hallarda cəza qaydalarından daha təsirli rola malik olur. Ramazan ayının mahiyyəti, fəlsəfəsi o qədər təbliğ olunmalıdır ki, hər bir insanın düşüncəsində bu aya qarşı ən azı hörmət yaransın. Ramazan ayına qarşı hörmətsizlik ictimai qınağa çevrilərsə cəmiyyətdə rəvac tapan bəzi günahlar məhdudlaşar və günahkar əxlaqsız əməllərinə cəsarət tapa bilməz.

– Oruc tutmuş adama, bu vəziyyət təbii ki, təsirsiz ötüşmür. O zaman oruc adam belə şəraitdə nə etməlidir: hansısa reaksiya verməlidir, yoxsa sadəcə daxili təəssüflə kifayətlənməlidir? Və ya bunu bir sınaq kimi qarşılayıb adi qəbul etməlidir?

– Oruc tutmaq həm də səbirli olmaq deməkdir. Bu ibadətin adına bəzi hallarda səbir də deyirlər. Yəni insan aclığa, susuzluğa müəyyən müddətdə səbir etməlidir. Haqqında danışdığımız vəziyyətdə oruc tutan nə etməlidir – sualına gəlincə, bu, konkret şəraitdən asılıdır. Dində yaxşılığa dəvət və pislikdən çəkindirmə adlı göstərişlər də var. Əgər bir müsəlman Ramazan ayının hörmətini sındırırsa, o zaman yaxşılığa dəvət prinsipləri işə düşəcək. Oruc olan şəxs o müsəlmana təsir etmək gücündədirsə, onu bu əməlindən çəkindirəcək, əks halda səbrə üstünlük verib sükut edəcək.

– Bəs İslam bu barədə nə deyir? Bununla bağlı ayələr, hədislər varmı?

– Bu barədə ayə və hədislərin məzmunu bundan ibarətdir ki, Ramazan ayında oruc tutmaq vacib göstərişdir. Ayın hörmətini saxlamaq isə hər bir müsəlmana tövsiyyə olunub. Kimsə bir az əvvəl qeyd etdiyim səbəb olmadan oruc tutmursa, hər gün üçün ya 60 gün cəza olaraq oruc tutmalı, ya 60 acın qarnını doyuzdurmalı, ya da bir qul azad etməlidir. Qeyd etdiyim səbəb mövcud olduğu halda kimsə oruc tutmursa, ictimai yerdə qida qəbul eləsə dini qaydalara görə haram iş görməyib, lakin Ramazanın hörmətini sındırmaqla bəyənilməyən iş görüb. Onun bu əməli cəmiyyətdə çox pis nümunə ola biləcəyi üçün müsəlmanlar tərəfindən kəskin qınaq obyektinə çevrilməlidir.

Oruc tutanın yanında yeyib-içmək olarmı?-MÜZAKİRƏ

– Belə halları aradan qaldırmağın hansı yollarını məqbul hesab edirsiz? Ümumiyyətlə, belə yollar varmı?

– Ramazan ayına qarşı hörmətsizlik edən şəxslərin cəzalandırılması cəmiyyətdəki vəziyyətlə tənzimlənməlidir. Dini cəmiyyətlərdə inzibati qaydada cəza metodları da seçilə bilər. Lakin Azərbaycan cəmiyyəti dini qaydaları icra etməkdə ilk mərhələni yaşadığı üçün belə hallarda yaxşılığa dəvət yolunu tutmalı və oruc tutanlar səbirli olmalıdırlar. Eyni zamanda Ramazan ayına qarşı olunan hər bir hörətsizliyi ictimai qınağa çevirməyi bacarmalıdırlar.

Oruc tutanın yanında yeyib-içmək olarmı?-MÜZAKİRƏ

– İnsan üçün həyatda hər şeydən üstün ona verilən vaxt olmalıdır. Vaxtını düzgün dəyərləndirə bilən şəxsi ancaq nailiyyətlər izləyər. Ramazanda vaxtının qiymətini anlayan isə daha çox qazanmış hesab olunur. Ramazan 11 ayın sultanı hesab olunur. Bu ay həm də mərhəmət və bağışlanma ayıdır. Ramazanın günləri fəzilətli, saatları dəyərlidir. İlk öncə özümə və bütün müsəlmanlara tövsiyəm budur ki, Ramazanın günlərini, saatlarını dəyərləndirək. Bu ayda özünü bağışlada bilməyən şəxsdən daha ziyanlısı ola bilməz. Uca Yaradan hər birimizin günahlarımızı bağışlamaqla bizi ziyankarlar sırasından uzaqlaşdırsın, İnşallah! (bakuinfo.az)

İnerpress.az