Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva musavata verdiyi son müsahibədə yenə də Azərbaycan kişilərini aşağılayan ifadələr səsləndirib.
Modelə stilist Fuad Hacıyevlə dodaq dodağa öpüşərkən çəkdirdiyi şəkilləri barədə verilən suallara o, belə cavab verib:
\”Fuad mənim neçə illik dostumdur, hər dəfə ya Azərbaycanda, ya da Türkiyədə görüşürük. Sevgili deyilik, o şəkillər dostcasına çəkilib. Elə bir şey ola bilərmi, sizcə..?
– Niyə ola bilməz?
– Bir neçə gündür ki, Bakıdayam. Burada şahid olduqlarıma əsasən deyə bilərəm ki, azərbaycanlı kişilərlə sevgili ola bilmərəm, onlar ucuz, yüngül qızları sevirlər və yanlarında daha rahat olurlar. Konsertlərdə oldum. Bizim qızlar xarici ulduzların qabağında az qalırdılar ki, soyunsunlar. Qusacaqdım. Çox təəccübləndim, görəsən, bizim qadınlar niyə özlərinə hörmət etmirlər?
Bundan əlavə, bizim bəzi kişilər çox kaprizlidir, onların xasiyyətini anlamıram. Azərbaycanlı kişi ilə nəinki evlənmərəm, heç sevgili belə, olmaram. Mən Türkiyədə, o burada, necə yaşayarıq? Azərbaycanlı kişi dostlarım çoxdur, bacı-qardaş münasibətimiz var. Dostluqda Azərbaycan kişiləri 1 nömrədir, amma özəl münasibətdə fərqli olurlar\”.
Qeydb edək ki, Türkiyədə moda nümayişləri zamanı daha çox açıq-saçıq geyimləri ilə məşhurlaşan Günay Musayeva Tovuzun Cırdaxanı kəndində anadn olub və orta məktəbi də elə bu kənddə bitirib.
İnterpress.azhttps://youtube.com/watch?v=P_9KC4ppMqIhttps://youtube.com/watch?v=AiVm-O6S840