Oğuzda baş verən ağır yol qəzasında 1 nəfər dünyasını dəyişdibackend

Oğuzda baş verən ağır yol qəzasında 1 nəfər dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə iyunun 19-u saat 14:00 radələrində, Qaraməryəm-İsmayıllı-Şəki magistiral avtomobil yolunun 104-cü kilometrliyində, Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

Oğuz rayonu Kərimli kənd sakini, 1939-cu il təvəllüdlü Namiq Zahid oğlu Həmidzadə idarə etdiyi “VAZ 21011” markalı, “48 BA 676” dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra sürücü N. Həmidzadə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, sürücünün həmkəndlisi 1961-ci il təvəllüdlü Bənövşə Nəriman qızı Əsgərova isə aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan APA-ya verilən məlumata görə, yaralı B. Əsgərova koma vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. (apa)

İnterpress.az